Xəbər lenti

QHT rəhbəri azad edildi
Ölkə16:18 02.04.2014

QHT rəhbəri azad edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncədə həbs edilmiş QHT rəhbəri Həsən Hüseynli azad edilib. Bu barədə Həsən Hüseynlinni yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.

Qeyd edək ki, martın 31-də Gəncədə “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlini polis saxlamışdı. Həsən Hüseynli saxlanmazdan bir saat əvvəl “Azadlıq” radiosuna deyib ki, ona qarşı təxribat olub: “Gəncədə Mərkəzi Poçtun yaxınlığında 35-40 yaşlarında bir adam mənə yaxınlaşdı ki, sən niyə mənim ayağımı tapdaladın? Ağır sözlər də dedi. Sinəmdən tutub aşağı çəkdi. Məəttəl qaldım. Onu ilk dəfə idi görürdüm. Ardınca bir qadın yaxınlaşdı ki, siz niyə onu dartırsınız? Hiss elədim ki, bu, mənə qarşı provokasiyadır”.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Modern.az”a bildirib ki, mart 31-də Həsən Hüseynli həmyerlisi Arzu Qəhrəmanova bıçaq xəsarəti yetirib: “102 xidmətinə Gəncədə iki nəfərin dalaşması ilə bağlı məlumat verilib. Dərhal Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları deyilən ünvana yollanıb. Məlum olub ki, Gəncə şəhər sakinləri Həsən Hüseynli və Arzu Qəhrəmanov aralarında yaranmış münaqişə zəminində dava ediblər və bu zaman Həsən Hüseynli üstündə gəzdirdiyi bıçaqla Arzu Qəhrəmanova bədən xəsarəti yetirib. Qol nahiyəsindən yaralanan Arzu Qəhrəmanov dərhal xəstəxanaya yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir. Həsən Hüseynlini isə polis saxlayıb. Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır”.//Anspress