Xəbər lenti

Qida Təhlükəsizliyi Agentliyinə yeni səlahiyyət verildi
Ölkə15:14 11.05.2018

Qida Təhlükəsizliyi Agentliyinə yeni səlahiyyət verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) səlahiyyətləri artırılıb. 
Qaynarinfo xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 931 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalaması ilə mümkün olub. 
Beləliklə, (AQTA) iyulun 1-dən yodlaşdırılmış duzun keyfiyyət və təhlükəsizlik göstəricilərinin standartlar və tələblərə uyqunluğunu müəyyən etmək məqsədi ilə duzdan götürülmüş nümunələrin ekspertizasını həyata keçirəcək.