Qırğızıstan
Prezidenti vəzifəsini icra edən Baş nazir Sadir Japarov ölkə səlahiyyətlilərinin
qanunsuz olaraq əldə etdikləri pulları dövlət xəzinəsinə əvəzsiz olaraq geri qaytarmaları
üçün 30 gün vaxt verib.
Qaynarinfo
xəbər verir ki, bu haqda Qırğızıstan hökumətin mətbuat xidməti məlumat yayıb.
"İstəyirəm
ki, hər şeyi özləri açsın və faktlar haqqında real məlumat versinlər", - Japarov
deyib.
Japarov
məmurları gizli pullar və hesablar barədə məlumatları açıqlamağa çağırıb. Bütün
məlumatların tamamilə məxfi olacağına zəmanəıt verilib. Bunu 30 gün ərzində etməyən
hər kəs qanunla cəzalandırılacaq.
Bundan
əlavə, Japarov hesab edir ki, məmur və sahibkarlar ölkənin inkişafına daxili sərmayələr
qoymalıdırlar.
Alpər
Şərhlər