Xəbər lenti

Qırmızı “iPhone” buraxılacaq
Ekonomiks05:35 10.12.2016

Qırmızı “iPhone” buraxılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Apple" korporasiyası gələn il "iPhone"ların rəng palitrasını genişləndirməyi və qırmızı rəngli smartfon buraxmağı planlaşdırır.

Qaynarinfo.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın "Macotakara" nəşri məlumat yayıb.

İndiyədək buraxılan "iPhone"lar gümüşü, qara, qara oniks, qızılı və qızılı-çəhrayı rəngdədir. İstehsalçının marketinq gedişi kimi yeni rəngdən istifadə edəcəyi bildirilir. "Apple" bu il qara rəngin iki çalarından istifadə edib və bu smartfonlara tələbat böyük olub. Bu səbəblə, 2017-ci ildə yeni rəngin ortaya çıxması gözləniləndir.

Mənbə onu da bildirib ki, yeni smartfonlar "iPhone 8" deyil, ənənəvi sxemə uyğun olaraq "iPhone 7S" adlanacaq.

Qaynarinfo.Az