Qurban
bayramı münasibətilə Qırmızı Ürəklər Fondu və Birbank tərəfindən birgə həyata
keçirilən ənənəvi "Qurban payı” ianə toplama aksiyası uğurla başa çatıb. Aksiya
çərçivəsində aztəminatlı və sosial cəhətdən həssas kateqoriyaya aid olan 400
ailəyə qurban payı təqdim edilib.
Birbank
mobil tətbiqi vasitəsilə 637 xeyirxah ianəçinin dəstəyi ilə ümumilikdə 5 492
AZN vəsait toplanıb. Bununla yanaşı, Kapital Bank filiallarında yerləşən ianə
qutularından toplanan vəsait də aksiyaya yönəldilib.
Toplanan
vəsait hesabına ölkənin müxtəlif bölgələrində yaşayan aztəminatlı ailələr üçün
qurban payları hazırlanaraq çatdırılıb. Aksiyanın həyata keçirilməsində 80
könüllü fəal iştirak edib. Bayram payları könüllülər vasitəsilə yardıma
ehtiyacı olan ailələrə çatdırılıb.
Fond
ənənəvi olaraq təşkil olunan bu aksiya ilə bayram günlərində yardıma ehtiyacı
olan ailələrin sevincinə şərik olmağı, eyni zamanda cəmiyyətin hər bir fərdinə
sosial məsuliyyət və həmrəylik hissini aşılamağı hədəfləyir.
"Red
Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı
tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət
qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət
edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris,
maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə
çıxış edən "Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti
ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı
tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçünhttps://redhearts.azsaytına daxil ola bilərsiniz.
Şərhlər