
Ötən ilin yanvar-sentyabr aylarına nisbətdə bu il qiymət və tariflər 2.3 faiz artıb
Sentyabr ayında qiymət və tariflər bahalaşıb. Ans Press-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sentyabr ayında avqust ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0.1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0.1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0.2 faiz bahalaşıb. Xidmət tarifləri isə əvvəlki ayın səviyyəsində qalıb.
İlin əvvəlindən ötən vaxt ərzində ötən ilin yanvar-sentyabr aylarına nisbətən qiymət və tariflər 2.3 faiz artıb. Eyni zamnada ərzaq məhsullarının qiymətləri 2.2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0.5 faiz, xidmət tarifləri isə 3.4 faiz bahalaşıb.
Qaynar.info