"Bu gün uşağa vurulan şapalağın təsiri 40 ildən sonra özünü bildirir. Ciddi problemlər yaradır. Biz hələ də məsələni köhnə qaydada həll edirik. Şapalaq çıxış yolu deyil. Bunu anlamaq lazımdır".
Bunu Qaynarinfo-ya açıqlamasında "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova Xalq artisti Şeyx Əbdül Mahmudovun evdən qaçan qızı "şapalaqlamaq lazımdır" fikirlərinə münasibət bildirərkən deyib.
Hüquq müdafiəçisi bildirib ki, valideyn uşağın evdən qaçmaması üçün əlindən gələni etməlidir:
"Valideyn elə etməlidir ki, uşaq hər çətinliyində evinə, ocağına sığınsın".
Sədr ənənəvi tərbiyə metodunda şapalağın əvəzsiz metod hesab edildiyini qeyd edib:
"Şeyx Əbdül də ənənəvi tərbiyə metoduna söykənərək belə deyir. Bu, onun həqiqətidir, gördüyü tərcübədir. Lakin zaman, mühit, qanunlar şapalağın tərbiyə etmədiyini sübut edir. Ona görə, şapalaq tərbiyəsi artıq tərbiyə metodu deyil".
Mehriban Zeynalovanın fikirincə, indi şəxsin evdən qaçma səbəblərini araşdırılır:
"O vaxt qaçmaq el qınağı idi. Uşaq valideynin nüfuzunu qoruyurdu. Uşaq tabe olurdu, valideyn rahat oturudu ki tərbiyə verdim".
Qeyd edək ki, Xalq artisti Şeyx Əbdül Mahmudovun televiziya kanallarının birində çıxışı müzakirələrə səbəb olub. Verilişdə qızı evdən qaçan ata onun qayıtması üçün yardım istəyib. Qızın atası ilə görüşmədiyini eşidən Mahmudov bunları deyib:
"Köhnə kişi olduğum üçün deyirəm ki, şapalaq mütləq lazımdır. Əlavə olaraq deyirəm ki, müəllim şapalağı da lazımdır. Bu şapalaqların sayı azaldığı üçün yolumuzu azırıq".
Bahar Rüstəmli
Şərhlər