Xəbər lenti

Qız özünü 16-cı mərtəbədən atdı - Bakıda
Ölkə06:46 05.04.2015

Qız özünü 16-cı mərtəbədən atdı - Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün səhər saatlarında intihar hadisəsi baş verib. Hadisə şahidlərinin anspress-in qaynar xəttinə verdikləri məlumata görə, Həzi Aslanov metrosu yaxınlığında gənc qadın binaya çıxaraq 16-cı mərtəbədən özünü ataraq intihar edib.
Hadisə Məhəmməd Hadi küçəsi 73 ünvanında yaşanıb. Şahidlər dəhşətli hadisənin təxminən 15-20 dəqiqə əvvəl özünü yerə atdığını deyirlər. 
Özünü öldürənin təxminən 20 yaşlarında olduğu bildirilir. 
Xətai rayon Polis İdarəsi 36-cı Polis Bölməsindən verilən məlumata görə, hal-hazırda polis əməkdaşları hadisə yerindədirlər, hadisə araşdırılır.
Qadının nə səbəbdən intihar etdiyi bilinmir.
Qaynar.info