Xəbər lenti

“Qızıl ayaq” mükafatının sahibi bəlli oldu
İdman06:14 14.10.2014

“Qızıl ayaq” mükafatının sahibi bəlli oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

28 yaşlı futbolçu birinci olub.

“Qızıl ayaq” (Golden Foot) mükafatının sahibinin adı açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bu titulu “Barselona” və İspaniya milli komandasının yarımmüdafiəçisi Andres İnyesta qazanıb.

28 yaşlı oyunçu hər il verilən mükafat uğrunda yarışda Tyerri Anri, Manuel Noyer, Andrea Pirlo, Frank Riberi, Kriştianu Ronaldo, Ueyn Runi, Tyaqo Silva, Yaya Ture və qadın futbolçu Marta da Silvanı qabaqalayaraq birinci olub.

Qeyd edək ki, qalib futbolçu Monako sahilində çempionlar Xiyabanında öz ayaqlarının izlərini qoyur.

Qaynar.info