
Rio Olimpiadasında bu gün 6 idmançımız mübarizə aparacaq.
Qaynarinfo.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 17:30-da avarçəkmə yarışlarında Aleksandr Aleksandrov və Boris Yotov tandemi yarımfinal mübarizəsinə qoşulacaq.
Saat 19:15-də rinqə 1/16 final mərhələsində 75 kq çəki dərəcəsində Kamran Şahsuvarlı çıxacaq. Boksçumuz çinli Minqqanq Jaoya qalib gəlməyə çalışacaq.
23:57-də Olqa Senyuk qadınlar arasında fərdi olaraq kamandan oxatma yarışında mübarizə aparacaq.1/32 finalda onun rəqibi çinli Cao Hui olacaq.
00:45-də 60 kq-da boksçumuz Albert Səlimov 1/16 finalda irland Oliver Coysla görüşəcək.
02:00-da +91 kq-da boksçumuz Məhəmmədrəsul Məcidov mərakeşli Məhəmməd Arjaui ilə üz-üzə gələcək.
Qeyd edək ki, Dağıstandan olan legionerlərimiz, dünya və Avropa çempionları olmuş Albert Səlimov və Məhəmmədrəsul Məcidov qızıl medal qazanmağa əsas namizədlərimizdəndir.
Qaynarinfo.Az