Xəbər lenti

Qızılın qiyməti yüksəlir: Bazarlarda son vəziyyət (VİDEO)
Video 15:30 14.06.2026

Qızılın qiyməti yüksəlir: Bazarlarda son vəziyyət (VİDEO)

Dünya bazarında qızıl və gümüşün qiymətlərində artım müşahidə olunur.

Bəs bu proses Azərbaycanın qızıl bazarına necə təsir edir?

Mütəxəssislərin sözlərinə görə, ölkədə qızıl məmulatlarının qiymətləri əsasən idxal xərcləri, emal prosesi, ticarət obyektlərinin maya dəyəri və satış strategiyalarından asılı olaraq formalaşır.

Ekspert Rövşən Əmircanov bildirib ki, daxili bazarda qiymətlərin yüksəlməsi istehlakçı davranışlarında müəyyən dəyişikliklərə səbəb olur:

"Belə şəraitdə alıcılar daha aşağıçəkili, gündəlik istifadə üçün nəzərdə tutulan və nisbətən əlçatan qiymət seqmentinə aid məmulatlara üstünlük verirlər. İriçəkili, investisiya məqsədli və mərasim xarakterli məhsulların alınmasında isə daha ehtiyatlı qərarlar verilir".

Qaynarinfo mövzu ilə bağlı daha ətraflı məlumatı Azərbaycan Televiziyasına (AzTV) istinadən təqdim edir:
 
--> -->