Xəbər lenti

“Qızım, bax qollarım olmasa da, ...” (FOTOLAR)
İdman13:37 03.09.2021

“Qızım, bax qollarım olmasa da, ...” (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çinli para-atlet Zheng Tao üzgüçülük üzrə Paralimpiya Oyunlarında 4-cü qızıl medalını qazanıb.
O, 50 metr məsafəyə arxası üstə üzmə yarışlarında 31,42 saniyə nəticə ilə dünya rekordu qırıb.
Yarışlardan sonra Tao 1 yaşını qeyd edən qızına mesaj göndərib: "Qızım, bax qollarım olmasa da, çox sürətli üzürəm”.
Daha sonra jurnalistlərə açıqlamasında o, bunları qeyd edib: "Tokio-2020-də mənim üçün son yarış idi. Düşünürəm ki, elə bu mənim üçün indiyə qədər ən yaxşı yarışım idi”. //Qafqazinfo.az