Qlobal müdafiə xərcləri ilk dəfə 2023-cü ildə 2 trilyon dolları keçib.
Qaynarinfo "Defense One" portalına istinadən xəbər verir ki, bu barədə Amerikanın müdafiə texnologiyaları konsaltinq şirkəti "Forecast International"ın hesabatında bildirilib.
Beləliklə, müdafiə xərcləri 10,4% artıb. Hərbi ehtiyaclara ayrılan xərclərin 2,12 trilyon dollara yüksəlməsinin səbəbləri arasında Ukrayna və Qəzza zolağındakı münaqişələr, Qırmızı dəniz regionunda vəziyyətin gərginləşməsi var.
Bundan əlavə, ekspertlər 2030-cu ilə qədər müdafiə xərclərinin daha da artırılmasını istisna etmirlər.
Bundan əvvəl Polşa prezidenti Anjey Dudanın Şimali Atlantika Alyansı (NATO) ölkələrinin ÜDM-in 3%-ni müdafiəyə sərf etməsini təklif etdiyi bildirilirdi. Dudanın sözlərinə görə, Alyans bütövlükdə gücləndirilməlidir və assosiasiyaya üzv ölkələr təhlükəsizlik siyasəti yürütməli və güclü orduya malik olmalıdırlar.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp isə NATO ölkələrindən ABŞ-ın onları qorumağa davam etməsi üçün ÜDM-in ən azı 2%-ni müdafiəyə sərf etmələrini tələb etmişdi.
Aydın
Şərhlər