Xəbər lenti

Qlobal reytinqdə Azərbaycan pasportu 2 pillə irəlilədi
Ölkə09:13 10.01.2024

Qlobal reytinqdə Azərbaycan pasportu 2 pillə irəlilədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Henley & Partners konsaltinq şirkəti özünün Pasport İndeksinin ən son versiyasını dərc edib. Azərbaycan pasportu 2023-cü ilin sonunda iki pillə irəliləyərək 70-ci yerə yüksəlib. Pasport İndeksi, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatlarına əsasən, ölkələri vətəndaşların ziyarət edə biləcəyi vizasız istiqamətlərin sayına görə sıralayır. 
Qaynarinfo xəbər verir ki, Azərbaycan pasportu sahibləri hazırda viza üçün müraciət etmədən 72 səyahət istiqamətinə çıxış əldə edirlər.
Hesabatda qeyd edildiyi kimi, son onillikdə öz vətəndaşlarının hərəkət azadlığı baxımından ən mühüm irəliləyişə BƏƏ nail olub. 2014-cü ildən bəri bu ölkə vətəndaşları üçün vizasız istiqamətlərin sayı 106 artıb və bunun sayəsində BƏƏ pasportu reytinqdə 55-ci yerdən 11-ci yerə yüksəlib. 
2023-cü ilin sonunda reytinqdə liderliyi altı ölkə tutur. Son 5 ildə Pasport İndeksində liderlik edən Yaponiya və Sinqapura dörd Aİ üzvü - Almaniya, İspaniya, İtaliya və Fransa qoşulub. İndi bu ölkələrin vətəndaşları dünyanın 227 ölkəsindən 194-nə vizasız getmək imkanına malikdirlər. İkinci yeri Finlandiya, İsveç və Cənubi Koreya (193 istiqamət) tutur, Avstriya, Danimarka, İrlandiya və Niderland isə üçüncü yeri bölüşür (192).
Nizami Bağırov