Xəbər lenti

QMİ-də Mərkəzi Aparat Sistemi yaradıldı
Ölkə06:29 20.07.2013

QMİ-də Mərkəzi Aparat Sistemi yaradıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Simran Həsənov QMİ Mərkəzi Aparat Sisteminin rəhbəri təyin olunub

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) idarəetmə sistemində ciddi dəyişikliklər olub. Dəyişikliklər əsasında idarədə yeni sistem yaradılıb. QMİ-dən APA-ya verilən məlumata görə, QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin imzaladığı əmrə əsasən, QMİ-də mərkəzi aparat sistemi yaradılıb.

 Hacı Allahşükür Paşazadənin digər əmri ilə keçmiş Azərbaycan Mətbuat və İnformasiya Nazirliyinin idarə rəisi Simran Həsənov Aparata rəhbər təyin olunub. Qeyd edək ki, S. Həsənov 1990-91-ci illərdə isə Azərbaycan Dövlət Televiziyasında “7 gün” proqramının aparıcısı olub. 1992-93-cü illərdə isə nazirliyin idarə rəisi kimi çalışıb.