Erməni kilsəsi xalqını sülhə deyil revanşizmə kökləyir.
"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, islam adından siyasi məqsədlər üçün istifadə edənlərə qarşı birgə mübarizə aparılmalıdır:
"Milli mənəvi dəyərlər xalqımızın sərvətidir. Bunu yad təsirlərdən qorumaq. Fransada, Danimarkada, İsverçdə və digər ölkələrdə islamofobiya geniş vüsət alıb. Eləcə də Ermənistan tərəfindən işğala məruz qalan torpaqlarımızda ən böyük faciələrdən biri də məscid və ibadət yerlərimizin məhvidir".
QMİ sədri bildirib ki, azərbaycanlıların doğma yurdlarından məqsədyönlü didərgin salınması ilə yanaşı, 300-dən artıq ibadət yeri olan Qərbi Azərbaycanda İrəvan Qazılığının fəaliyyətinin dayandırılması da buna nümunədir:
" Lakin mayın 22-də Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının keçirilən iclasında İrəvan Qazılığının fəaliyyətinin bərpası ilə bağlı qərar qəbul olundu".
Şərhlər