Xəbər lenti

QNET-dən turistlər üçün unikal fürsət - "Rixos Quba"da
Ölkə10:30 12.04.2017

QNET-dən turistlər üçün unikal fürsət - "Rixos Quba"da

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa və Asiya arasında körpü rolu oynayan Azərbaycanda iqtisadiyyat, idman, mədəniyyət, incəsənət və digər sahələrdə əldə olunan yüksək nailiyyətlər xarici iş adamları ilə yanaşı, turistlərin də ölkəmizə marağını artırıb.

Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu gün ölkəmizin bütün bölgələri kimi, Quba da öz qədim və tarixi görkəmini saxlamaqla müasirləşir. Rayonda 2011-ci ilin aprelində tikintisinə başlanmış olan “Rixos Quba Azerbaijan” otel kompleksi də həmin istiqamətdə atılan addımlardan biridir. “Rixos Quba Azerbaijan” oteli təkcə Quba rayonu və bölgə üçün deyil, dünya ölkələri üçün də əhəmiyyətli turizm obyektidir. Otel mükəmməl infrastruktura malikdir.

 
“Rixos Quba Azerbaijan”

QVI Club üzvləri üçün indi Azərbaycanın ən səfalı yerlərindən olan Qubada unudulmaz tətil keçirmək fürsəti yaranmışdır.
“Rixos Quba Azerbaijan” oteli Qudyalçayın sahilində inşa olunmuşdur. Yüksək keyfiyyətli müxtəlif xidmətlərin göstəriləcəyi otel kompleksi maraqlı memarlıq üslubunda tikilmişdir. Avanqard və modern memarlıq üslublarının sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunmuşdur.

Otel kompleksi yeddimərtəbəli əsas binadan, 16 villadan, üç restoran və bir gecə klubundan, əyləncə parkından, qolf sahəsində və digər müasir xidmət obyektlərindən ibarət olmaqla 210 hektar ərazini əhatə edir. Oteldə tennis kortu, voleybol, basketbol, mini futbol sahələri də yaradılmışdır. Villalar 7 otaqdan ibarətdir. Bundan əlavə, sauna, masaj otağı, idman salonu, ev kinoteatrı, istirahət otağı, terraslar və digər xidmət infrastrukturu müştərilərin ixtiyarına verilir.

“The Challette”, “Le Coquet”, “Mosaic restaurant”  restoranı

Otelin “The Challette” restoranı yüksəklikdə - mənzərəli ərazidə yerləşir. Restorana getmək üçün kanat və avtomobil yolları vardır. Restoran qonaqlara müxtəlif çeşiddə yeməklər təklif edir. Ərazisi 2,6 hektar olan süni gölün ətrafında qurulmuş “Le Coquet” restoranında isə dəniz məhsullarından yeməklər hazırlanır. “Mosaic restaurant” isə otelin əsas iaşə obyekti kimi, qonaqlara səhər, nahar və şam yeməkləri təklif edir. Eyni zamanda, bu restoranda dünya mətbəxinin ləziz nümunələri də təklif olunur. Qonaqlar 24 saat ərzində otaqlara yemək və içki sifariş verə bilərlər. Burada fəaliyyət göstərən “Planet Quba” əyləncə mərkəzi 1000 nəfər üçün nəzərdə tutulmuş ailəvi məkandır. Əyləncə mərkəzi bütün növ xidmətlər və hər cür oyun avadanlığı ilə təchiz olunmuşdur. Oteldə 4-12 yaşındakı uşaqlar üçün nəzərdə tutulan “Rixy clubda” balacalara əyləncəli proqram təşkil edilir. Burada müxtəlif mərasimlər keçirmək üçün gözəl şərait vardır.

 
“Rixos SPA & Welness”

Kompleksdəki “Rixos SPA & Welness” sağlamlıq mərkəzinin ümumi ərazisi 1800 kvadratmetrdir.

Burada açıq və qapalı hovuz, masaj otağı, trenajor zalı və gözəllik salonu vardır. Əsas binadakı otaqlar ən modern mebel, yataq dəsti, avadanlıqla təchiz olunmaqla zövqlə tərtib edilmişdir. “Rixos Quba Azerbaijan”da “Şimal”, “Xəzər” və “Bakı” adlı üç görüş zalı vardır. “Xəzər” zalında görüşlərdən əlavə, 1500 nəfərlik təntənəli tədbirlər, forumlar və şənliklər keçirilir. Oteldə meşədə gəzinti, xüsusi maşınlarla “safari” bölgə turu təşkil olunur.

Golf

Kompleksə xüsusi gözəllik verən qolf sahəsinin ərazisi 68 hektardır. Burada Azərbaycanda ilk və yeganə qolf kursları təşkil olunur. Kanat yolu ilə qonaqlar üçün xüsusi dağ gəzintisi xidmətləri göstərilir.

Təsadüfi deyil ki, "Rixos Quba" otelinin açılış mərasimində, 20 dekabr 2013-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Otelin möhtəşəmliyindən söz açaraq bildirib: "Gözəl oteldir, ən yüksək standartlara cavab verir. “Rixos” otellər qrupu dünya səviyyəsində məşhur brenddir. Şadam ki, artıq Azərbaycanda da “Rixos” oteli vardır və məhz bölgələrdə, Quba rayonunda. Bu da ölkəmizin ümumi inkişafını göstərir. Bu, onu göstərir ki, Azərbaycanda, ölkəmizin hər bir yerində gözəl xidmət sahələri yaranır. Belə otellər hər bir böyük şəhərə yaraşıq verə bilər. Şadam ki, Quba rayonunda belə gözəl otel vardır".