Xəbər lenti

Qobustanı abadlaşdıran sirli şirkət
Ekonomiks 17:51 29.05.2025

Qobustanı abadlaşdıran sirli şirkət

Qobustan Rayon İcra Hakimiyyəti Qobustan şəhərində abadlıq işlərinin aparılması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "İmza Construction" MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 162 238,2 manat təşkil edir.

"İmza Construction" MMC 19 aprel 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Şirkətin qanuni təmsilçisi Əliyev Azər Oqtay oğludur. "İmza Construction" MMC 2024-cü ildə "Ehram" MMC adı altında fəaliyyət göstərib. 

Dövlət satınalmalarının vahid internet portalı üzərindən aparıdımız araşdırma zamanı məlum olub ki, şirkət "Ehram" MMC adı altında fəaliyyət göstərərkən Oğuz, Göyçay və Qobustan icra hakimiyyətləri, eyni zamanda Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə satınalma müqavilələri bağlayıb. 

Adətən tender oyunlarında istifadə edilən şirkətlərin adı bir müddət sonra dəyişdirilir. "İmza Construction" MMC ilə bağlı da belə şübhələr var. 
Məsələ burasındadır ki, şirkət haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Şirkətin qanuni təmsilçisi barədə də məlumatlara rast gəlinmir. 
Bu baxımdan, düşünmək olar ki, "İmza Construction" MMC tender oyunlarında istifadə olunmaq üçün yaradılan şirkətlər kateqoriyasına aiddir. 

Qeyd edək ki, Qobustan Rayon İcra Hakimiyyəti il yarım əvvəl abadlıq işlərinə 228 562,39 manat xərcləyib. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->