Xəbər lenti

Qohum evliliyi qanunla qadağan edilə bilərmi? (ŞƏRH)
Ölkə 17:49 12.03.2024

Qohum evliliyi qanunla qadağan edilə bilərmi? (ŞƏRH)

"Yaxın qohumlar arasında nikah yolverilməzdir. Anlamaq lazımdır ki, bu, uşaqların sağlamlığında ciddi problemlərə yol açır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında "Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. Sədr qeyd edib ki, qohumların nikahı həmin ailələrdə xəstə uşaqların doğulmasına yol açır:

"Məsələn, elə xəstəliklər var ki, yeni qazanılıb. Bizdə bu xəstəliklər olmayıb. Anemiya, autizm kimi xəstəliklər çoxalıb. Bu gün uşaqlar arasında ən müxtəlif xəstəliklər yayılmaqdadır. Bu, əhalinin və genefondun gələcəyi üçün çox təhlükəlidir".

Mehriban Zeynalova bildirib ki, qohumlar arasında nikahın qadağan edilməsi ilə bağlı təklifləri dəstəkləyir:



"Belə təhlillər və təkliflər yerindədir və mən bunu bir QHT rəhbəri kimi dəstəkləyirəm. Bu gün hamı uşaqlar arasında yayılan xəstəliklərdən narahatam".

Ekpsert hesab edir ki, ailələr çox vaxt uşaqlarında olan xəstəlikləri gizlədir:

"Bununla da sağlamlıq problemini nəsildən-nəsilə ötürürlər. Bu o deməkdir ki, müəyyən problemlərini gizlətmək üçün öz qohumlarına verirlər. Bu da  zəncirin davamlılığına gətirib çıxardır".

Mehriban  Zeynalova bununla bağlı əhalinin maariflənməsini vacib amil hesab edir:

"Əhalinin çoxu qohum nikahları pisləyirlər, bu qanun yerinə düşəcək. Əsas odur ki, bu prosesi gizlin həyata keçirməsinlər. Bunlar sıradan bir  məsələ deyil, hamısı elmi əsaslandırılıb".

Qeyd edək ki, Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Rüstəm Qasımov Azərbaycanda ikinci və üçüncü dərəcəli qohumluğu olan şəxslərin nikahının qadağan edilməsi üçün qanunvericilikdə dəyişiklik edilməsi məsələsinin müzakirə olunduğunu bildirib. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->