Xəbər lenti

Qomis yenidən "Qalatasaray"da
İdman16:50 30.01.2022

Qomis yenidən "Qalatasaray"da

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qalatasaray” 2017-2018-ci illər mövsümündə komandada yer alan fransız futbolçu Bafetimbi Qomisi yenidən heyətinə qatıb.
Qaynarinfo xəbər verir ki, sarı-qırmızılılar 36 yaşlı hücumçu ilə 1,5 illik anlaşıb. "Cim Bom”un qısa müddətdə rəsmi açıqlama verməsi və transferi rəsmi şəkildə açıqlaması gözlənilir.
Qeyd edək ki, İstanbul klubundan qalmaqallı şəkildə ayrıldıqdan sonra "Əl Hilal”a yollanan fransız futbolçu burada da müqaviləsini pozmuşdu.
İlkin məlumatlara görə, Qomis liqanın qalan hissəsi üçün "Qalatasaray”dan 650 min avro zəmanətli qonorar alacaq.
Bundan əlavə, liqanın ikinci yarısında 10 qol vursa, müqaviləsi avtomatik olaraq 1 il daha uzadılacaq və əlavə bonus hüququ qazanacaq.