Xəbər lenti

Qondarma respublikaların komandaları yoldaşlıq oyunu keçirəcək
İdman07:46 15.04.2016

Qondarma respublikaların komandaları yoldaşlıq oyunu keçirəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müstəqilliyi Rusiyadan başqa hər hansı bir dövlət tərəfindən tanınmayan Krımın futbol komandası ilk yoldaşlıq oyununu keçirməyə hazırlaşır.

Qaynar.info xəbər verir ki, Krım Futbol İttifaqının prezidenti Yuri Vetoxa mayda komandanın yaranacağını bildirib:

"Biz Krımın futbol yığmasını qurmağa hazırıq. Fikrimcə, komanda artıq mayda hazır olacaq. Yalnız bir şeydən qorxuruq. Kiminlə oynayacağıq? Çünki bizim bugünkü statusumuz hamını qorxudur. Ancaq mümkündür ki, artıq mayda Abxaziya yığması ilə matç keçirək. Danışıqlar aparırıq. Biz 2 əllə çalışırıq ki, Krım yığması Rusiya komandası ilə oynasın... Bizə hazırda çox çətindir, ancaq biz hər şeyin yaxşısına ümid edirik".

Qaynar.info