Xəbər lenti

Qonşu ölkələrdə 100 manat neçəyədir? – TURİSTLƏR ÜÇÜN
Ekonomiks19:26 05.07.2016

Qonşu ölkələrdə 100 manat neçəyədir? – TURİSTLƏR ÜÇÜN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Turizm mövsümündə xaricə gedən vətəndaşların sayı artıb. İyulda mövsümün pik nöqtəsinə çatması, eləcə də, Ramazan bayramı ilə əlaqədar səyahət edənlərin sayının daha da artması gözlənilir.

Qaynarinfo.az fins.az-a istinadən bildirir ki, belə vəziyyətdə yerli vətəndaşlar pullarını gedəcəkləri ölkələrin valyutalarına dəyişməli olacaqlar.

Bunu nəzərə alaraq fins.az vətəndaşların ən çox səyahət etdiyi qonşu ölkələrin valyutasının manata hansı məzənnə ilə dəyişdirildiyini araşdırıb.  

Beləliklə, bizim  100 manatımız Türkiyə, İran, Gürcüstan  və Rusiya neçəyədir?

İranda (Tehranda) 100 AZN  -  220 min tümən

Türkiyə (İstanbulda) 100 AZN-  187 lirə

Gürcüstan (Tbilisidə) 100 AZN - 135-140 lari

Rusiya (Azərbaycan-Rusiya sərhədində) 100  AZN  - 4000-4100 rubl

Qaynarinfo.az