
Qax rayonunda bıçaqlanma hadisəsi baş verib.
Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, iki qonşunun arasında şəxsi münasibət zəminində baş vermiş mübahisə, bıçaqlanma ilə nəticələnib. Hadisə rayonun Qorağan kəndində baş verib. Qorağan kənd sakini 26 yaşlı Dursunov Aqil Vidadi oğlu, həmkəndlisi 27 yaşlı Malxazov Araz Vaqif oğluna üzərində gəzdirdiyi cib bıçağı ilə xəsarət yetirib.
Xəsarət alan Araz Malxazov dərhal Qax Mərkəzi rayon Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olan xəstə reanimasiya şöbəsinə yerləşdirilib. Çoxlu qan itirən yaralıya Şəki Qan Bankından qan gətirilib və xəstəyə köçürülüb. Həkimlərin verdiyi məlumata görə, hazırda xəstənin vəziyyəti kafidir.