Xəbər lenti

Qonşusunun itini güllələdi, polisə düşdü
Ölkə16:03 26.03.2019

Qonşusunun itini güllələdi, polisə düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabirabadda tüfənglə həmkəndlisinin itini vuran şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, martın 25-də Sabirabad rayonunun Moranlı kənd sakinlərindən biri rayon Polis şöbəsinə ərizə ilə müraciət edib həmin gün saat 12 radələrində, ona məxsus itin həmkəndlisi A.İsmayılov tərəfindən tüfəngdən açılmış atəşlə vurulmasını bildirib.
Polis əməkdaşları tərəfindən A.İsmayılov saxlanılıb, ondan 1 ədəd müvafiq sənədləri olmayan "TOZ” markalı ov tüfəngi götürülüb.