Xəbər lenti

Ölkə 22:51 11.09.2023

Qonşusunun qaz-ördəklərinnin su vannasını sındırdı, həbs edildi

Balakəndə qonşusunun qaz və ördəklərinin su vannasını təpiklə aşıran şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, hadisə rayonun Qazma kəndində baş verib. 

Belə ki, 1990-cı il təvəllüdlü Faiq adlı şəxslə qonşusu Abbas və Nərminəyə məxsus qaz və ördəklərə görə mübahisə yaranıb. Abbas və Nərminə təsərrüfatlarında olan qaz və ördəkləri gün ərzində yarım saatlıq yaşadıqları evin qarşısına çıxarır və təkrar olaraq geri həyətə aparırlar. Onıar Faiqin həyətinin qarşısını buladıqları üçün qonşularına etiraz edib, daha sonra pnları söyüb. 

Abbas və Nərminə polisə şikayət edib. Məhkəmə Faiqi bu ilin avqust ayının 14-də İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilib, 50 manat cərimə edib. 

Amma növbəti dəfə Abbas və Nərminənin qaz və ördəkləri Faiqin evinin qarşısına keçdiyi üçün təqsirləndirilən şəxs su vannasını təpiklə vuraraq sındırıb.  Qonşular yenidən polisə şikayət ediblər. Faiq bu dəfə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 4 gün müddətə inzibati qaydada həbs olunub.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->