Xəbər lenti

Qubada külək binanın damını uçurdu, 5 maşına ziyan dəydi (FOTO)
Ölkə13:54 17.05.2020

Qubada külək binanın damını uçurdu, 5 maşına ziyan dəydi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qubada külək bir sıra fəsadlar törədib. 
APA-nın verdiyi məlumata görə, külək rayonun Fətəlixan küçəsində beşmərtəbəli binanın damını uçurub. Binanın həyətində olan 5 maşına ziyan dəyib. Quba Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.  
Güclü külək həmçinin şimal bölgəsində elektrik təsərrüfatına da ziyan vurub.