Qubada ölümlə nəticələnən yol qəzası baş verib. Qaynar.info Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Quba şəhərində "Zil" markalı yük avtomobili ilə "Niva" markalı minik avtomobillə toqquşub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, şəxsiyyəti məlum olmayan 1 nəfər "Niva" markalı minik avtomobilində vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış meyiti avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib.
Qaynar.info