
Quba rayonunun Tülər kəndi ərazisindən keçən Ağ çay üzərində yerləşən körpünü sel aparıb.
Qaynarinfo.az bildirir ki, bu barədə report-a Tülər kənd icra nümayəndəsi Oqtay İsayev məlumat verib.
İcra nümayəndəsi bildirib ki, hər il may ayında çaya sel gəlir və bu sel fəsadsız ötüşmür: "Tülər kəndində 210 fərdi yaşayış evi var və 1500-dən çox əhali yaşayır. Ötən gecədən başlayaraq, Ağ çayında suyun səviyyəsi artıb və çay daşıb. Nəticədə çayın üzərində yerləşən körpünü sel aparıb. Hazırda kəndlə rayon arasında əlaqə kəsilib. Kəndin 60-dan çox sakini çayın o tayında qalıb, nəqliyyatın hərəkəti məhdudlaşıb".
O.İsayev qeyd edib ki, vəziyyətlə bağlı Qubar Rayon İcra Hakimiyyətinə (RİH) məlumat verilib: "Rayon rəhbərliyinin baş verən hadisə ilə bağlı məlumatı var. Körpünün bərpa olunması üçün rayondan kəndə ağır texnika və canlı qüvvə göndərilib".
Qaynarinfo.az




