Avqustun 30-da Qubadlı rayonunun erməni hərbi birləşmələri tərəfindən işğal edilməsindən 20 il ötür.
AzərTAc xəbər verir ki, avqustun 30-da Milli Məclisin deputatları, Qubadlı Rayon İcra Hakimiyyətinin, o cümlədən rayon ictimaiyyətinin nümayəndələri bu münasibətlə Şəhidlər xiyabanını ziyarət etmiş, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə həyatlarını qurban vermiş Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzmüşlər.