Xəbər lenti

Qubanın Talabı kəndində neft çıxıb (FOTOLAR)
Ölkə09:20 23.10.2017

Qubanın Talabı kəndində neft çıxıb (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Quba rayonunun Talabı kəndi ərazisindən neft çıxıb.
"Qaynarinfo"nun APA-ya istinadən məlumata görə, ərazidəki köhnə neft quyusundan neftin çıxdığını kənd sakinləri təsadüfən aşkar ediblər. Bu prosesin bir müddətdir davam etdiyi bildirilir.
Quba rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Vahidliyi üzrə nümayəndəsi Xanlar Heybətov 1980-ci illərdə ərazidə neft quyusunun qazıntısına başlandığını, bir müddətdən sonra isə bu prosesin dayandığını deyib.
Onun sözlərinə görə, həmin müddətdən sonra ərazidən az-az neft çıxması müşahidə edilib. İcra nümayəndəsi ərazidə hər hansı araşdırma aparılmadığını da deyib.
Qaynarinfo.Az