"Unibank"ın prezidenti Eldar Qəribovun oğlu İlkin Qəribli 2015-ci il üzrə blef poker oyunçusu sıralamasında ilk 20-likdə yer alıb.
Axar.az xəbər verir ki, martın 18-dək olan nəticələrə görə, İlkin Qəribli 282.00 balla 19-cu sırada qərarlaşıb. 2015-ci ilin ən güclü oyunçusu isə hələlik 544.50 balla amerikalı Anthoni Zinnodur.
Qeyd edək ki, İlkin Qəribli bu ilin yanvarında “Poker Stars Caribbean Adventure” (“Poker ulduzlarının Karib macəraları”) poker yarışının qalibi olub və 1 milyon 105 min 40 dollar məbləğində mükafat udub.
Qaynar.info