Xəbər lenti

"1 dollar 1.65 manat olacaq" - Ekspert
Ekonomiks10:15 14.06.2016

"1 dollar 1.65 manat olacaq" - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Yaxın həftələrdə 1 dollar 1.65 manat olacaq". 
Bu sözləri Qaynarinfo.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli FED-in toplantısının dollara təsirini və dünya bankının manatla bağlı bədbin proqnozlarını şərh edərkən deyib.
Natiq Cəfərli bildirib ki, FED-in toplantısının yekun qərarı sabah açıqlanacaq: "FED-in toplantısında qəbul olunan qərar dünya birjalarına və dolların gələcək taleyinə birbaşa təsir göstərəcək. Faizin artma ehtimalı var. Ola bilsin ki, Britaniyada gələn həftə keçriləcək referenduma görə, bu dəfə yox, iyul ayındakı toplantıda faiz artımına gedilməsi haqda qərar verilsin. Amma yaxın iki ayda toplantıda faiz artımı ilə bağlı qərar çıxacaq. Bu da bütün dünyada dolların bahalaşmasına səbəb olacaq. Dolların bahalaşması qonşu ölkələrin valyutasına da təsir edəcək. Manata təzyiqinin artması da qaçılmazdır. Digər tərəfdən dolların bahalaşması neft qiymətlərinin ucuzlaşması ilə paralel olacaq. Bu dünyada bir formuldur. Dollar bahalaşdıqca əmtəə məhsulları, o cümlədən neftin ucuzlaşması prosesi başlayacaq".
Ekspert bildirib ki, manata təzyiqlər milli valyutanın məzənnəsinə birbaşa təsir göstərəcək: "Düşünmürəm ki, hökümət iki kəskin devalvasiya kimi növbəti addım atsın. Çünki devalvasiyalar iqtisadiyyatı iflic vəziyyətinə salıb. Ona görə də Mərkəzi Bank manatın yumşaq şəkildə devalvasiyasını gündəlik və həftəlik dəyərdən düşməsi ilə aparacaq. Hələlik görünən hədd 1.65-dir. Yaxın həftələrdə 1 dollar 1.65 manat olacaq. Bundan artıq olması isə neftin qiymətindən asılıdır. Əgər neft 40-45 dollar arasında qalacaqsa, yaxın aylarda məzənnə 1.60 və 1.65 arasında qala bilər".
Qafqaz Rafiqoğlu 
Qaynarinfo.az