
Türkiyədən Azərbaycan Kültür Dərnəyindən 7 bəndlik təkliflər paketi yayıb.
Qaynar.info xəbər verir ki, paketin bütün bəndləri M. Ə. Rəsulzadə ilə bağlıdır.
"2014-ci il böyük dövlət adamı, Azərbaycan Respublikasının qurucusu və ilk dövlət başçısı Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130-cu ildönümüdür. Doğumunun 130-cu ildönümündə tarixi həqiqətlər xatırlanarkən, 2014-ci il Rəsulzadə ili elan edilməlidir". Bu barədə Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin açıqlamasında bildirilir.
Musavat.com-a daxil olan bəyanatın mətnində bildirilir ki, Rəsulzadə bunu haqq edən böyük bir şəxsiyyətdir: "96 il əvvəl onun siyasi düşüncəsinin ifadəsi olan"İnsanlara azadlıq, millətlərə istiqlal" prinsipi, onda ön plana çıxan insan prioritetini və demokrat şəxsiyyətini ortaya qoyub".
Bəyanatda bildirilir ki, dünən olduğu kimi onun ardından gələn və eyni ideologiyanı daşıyan Elçibəy və yoldaşları Məhəmməd Əmin Rəsulzadənin fikirinin ardıcılları olmuş, bu gün də onun qoyub getdiyi mirası qoruyurlar.
Azərbaycan Kültür Dərnəyi bu mövzuda aşağıdakı təklifləri sıralayıb:
1. Azərbaycan parlamenti və dövlət başçılığı tərəfindən 2014-ci ilin "Məhəmməd Əmin Rəsulzadə İli" olaraq elan edilməsi üçün qanuni prosedurun çıxarılması;
2. M.Ə. Rəsulzadənin Azərbaycan və ölkəsi xaricində apardığı mübarizəni elmi olaraq araşdıran və izah edən institut qurulması;
3. Bakı Dövlət Universitetinə Rəsulzadənin adının yenidən verilməsi;4. 2014-ci ildə ölkə içində və xaricində yığıncaq, simpozium və konfranslar hazırlanması və onun adına dövlət nişanı verilməsi;
5. M.Ə.Rəsulzadə adına əhatəli bir muzey açılması və yaşadığı evin yenə muzey halına çevrilməsi;6. Tarix və sənət şəhəri olan Bakıda uyğun bir sahəyə Rəsulzadənin abidə heykəli yanında 28 may 1918 -ci il tarixli milli respublikanın əhəmiyyətli şəxsiyyətlərinin də bu sahə içində relyef olaraq dizayn edilməsi və sahəyə onun adının verilməsi;
7. M.Ə.Rəsulzadənin doğulduğu kənd olan Novxanıdaki iqamətgahın bərpa edilərək ailəsinə qaytarılması.