
Qaynar.info-un verdiyi məlumata görə ərazidə olan Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə qərərgahının rəisi Əkbər Novruzov bildirib ki, yanğın haqqında məlumat 20:23 radələrində daxil olub.
Nəsimi rayon ərazisində tikiliməkdə olan binanın 5-ci mərtəbəsindəki taxta qəliblərdən başlaraq yanğın baş verib. Təxminən 2000 kvadrat metr sahədə yanğın baş verib. Külək nəticəsində tikiliyə bitişik olan yaşayış binasına da yanğın keçib. Nəticədə yaşayış binasının da 150-200 kvadrat metr sahəsində yanın olub. Yaşayış binasının sakinləri evakuasiya olunub. Evlərinə ziyan dəymiş sakinlər müəyyənləşdirlir.
Yaxınlıqdakı bazara da ziyan dəyibdir. Belə ki, yuxarıdan düşən taxta parçaları bazarda yanğına səbəb olub.
Təxminən 90 dəqiqə ərzində yanğın söndürülüb.
Yanğının mürəkkəbliyi nəzərə alınaraq 3 dərəcəli çağırış elan olunub. Yanğın yerinə 15 yanğınsöndürmə maşını cəlb olunub.
Hazırda təhqiqat qrupu ərazidədir və yanğının səbəbləri araşdırılır. İlkin ehtimallar yoxdur.
Fotoların müəllifi: Bayram İsgəndərov
Qaynar.info


















