Xəbər lenti

"28 May"dakı yanğın söndürüldü: xəsarət alanlar var (FOTOLAR-YENİLƏNİB)
Ölkə19:12 29.03.2013

"28 May"dakı yanğın söndürüldü: xəsarət alanlar var (FOTOLAR-YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

23:12

Bakının mərkəzində baş vermiş yanğın söndürülüb.


Bu barədə Trend-in hadisə yerində olan əməkdaşı məlumat verir. Xəsarət alanlar var.

Bakı şəhər təcili tibbi yardım stansiyasının hadisə yerində işləyən əməkdaşlarının Trend-ə verdiyi məlumata görə, bir neçə nəfər stress keçirib, yüngül zəhərlənib, ürəyi zəif insanların halı pisləşib. Xəsarət alanlara lazımi tibbi yardım göstərilib.

22:10

Hazırda binada yanğının qarşısı alınmaq üzrədir. 

Qaynar.info-nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın ərazidə yerləşən ticarət obyektinə keçərək, oranı tamamilə məhv edib. Yanğın ticarət obyektinə bitişik olan yaşayış binasına da keçib. Bina sakinləri evakuasiya olunub. 

Fövqəladə Hallar Nazirliyinin demək olar ki, bütün heyəti hadisə yerindədir. 30-a qədər yanğınsöndürmə briqadaları yanğının qarşısını almağa çalışırlar. Əlavə briqadalar da hadisə yerinə cəlb olunub. 

20:58

Bakı Metropoliteninin "28 May" stansiyasının arxasındakı bazarın yanında tikilməkdə olan hündürmərtəbəli binanın 4 mərtəbəsində yanğın baş verib. 

Məlumata görə, hava küləkli olduğundan yanğın tez bir zamanda ətrafa yayılır.

Hazırda 10 yanğınsöndürən maşın hadisə yerindədir, yanğının Dəmiryol Vağzalına keçməsinin qarşısı alınır.

Trend-in məlumatına görə, yanğının həmin binanın yanında 2-3 mərtəbəli köhnə tikililərə keçmə ehtimalı böyük olduğundan sakinlər təxliyyə olunub.

Təcili tibbi yardım briqadası da artıq hadisə yerindədir.

İlkin məlumata görə, yanğına binada işləyən fəhlələrin məsuliyyətsizliyi səbəb olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın binadakı taxta konstruksiyalarda baş verib. Havanı küləkli olması yanğının qarşısını almağı çətinləşdirir.

Qaynar.info