Xəbər lenti

"41 yaşıma kimi futbol oynamaq istəyirəm" - Ronaldu
İdman18:32 25.05.2016

"41 yaşıma kimi futbol oynamaq istəyirəm" - Ronaldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Real"ın futbolçusu Kriştianu Ronaldu gələcək karyerası ilə bağlı açıqlama verib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu Madrid klubu ilə başa çatan 2018-ci ildə başa çatacaq müqavilənin müddətini uzatmaq istədiyini deyib:

"Burda xoş və pis günlərim olub. Ancaq səmimi olmağımı istəyirsinizsə, oynamaq üçün "Real"dan daha yaxşı klub görmürəm".

K.Ronaldu 41 yaşına kimi futbol oynamaq istədiyini bildirib: "Hər matçda meydanda olmaq istəyirəm. Bu mənim günahımdır. Mənə artıq 20 yaşında olmadığımı, ona görə də özümə diqqət etməli olduğunu deyənlər haqlıdırlar. Bu istəyimdən imtina etməliyəm".

Qaynarinfo.az