Xəbər lenti

"ABŞ neft qiymətlərinin artmasına maraq göstərmir" - ŞƏRH
Ekonomiks10:10 23.02.2016

"ABŞ neft qiymətlərinin artmasına maraq göstərmir" - ŞƏRH

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Amerika Rusiya münasibətlərinin necə dəyişməsi neft qiymətlərinə təsir edir". Bu sözləri Qaynar.info-ya iqtisadçı ekspert Vüqar Bayramov OPEC prezidenti Abdulla əl-Bədrinin Hyuston şəhərində keçrilən konfransda neftin qiymətinin birbaşa ABŞ-dan asılı olmasıyla bağlı fikirlərini şərh edərkən deyib.
Ekspert bildirib ki, neftin qiymətlərinin yalnız ABŞ-dan asılı olmasını söyləmək düzgün deyil: "Əslində, dünya bazarında neft qiymətlərinə ABŞ-ın müəyyən təsir imkanları var. Neftin qiymətinin kəskin dəyişməsinə OPEC ölkələri təsir göstərə bilər. OPEC neft hasil edən və bazara daha çox neft çıxaran qurumdur. Buna görə də bazara təsiri OPEC göstərə bilər. Çox təəssüf ki, təşkilat hasilatın azaldılması barədə düşünmür və bunula bağlı addımlar atmır". 
Vüqar Bayramovun sözlərinə görə, əslində qlobal neft bazarında qiymətlərin dəyişməsinə diqqət yetirsək neftin qiyməti 40 dollardan aşağı düşdükdən sonra praqnoz vermək çətindir: "Ona görə çətindir ki, neftin qiyməti 40 dollardan aşağıdırsa, deməli qiymət iqtisadi deyil, siyasi faktorlarla müəyyənləşir. Neftin qiymətinə bazarın təsir imkanları azalıb. Buna görə də 2016-cı il üçün neftin qiymətini praqnozlaşdırmaq çətindir. Qeyd etdiyimiz kimi, iqtisadi faktorların təsir imkanları zəifləyib. 
Əgər OPEC hasilatın azaldılması ilə əlaqədar qərar qəbul etsə, o zaman bu neftin qiymətinin stabilləşməsinə gətirib çıxara bilər. OPEC mövcud istehsalı saxlasa, stabilləşmənin qeydə alınması inandırıcı deyil. Bu gün dünya bazarında neftə olan tələbat 94 milyon bareldi, amma bazara 98 milyon barelə yaxın neft çıxarılır. Deməli bazarda neft artımı var və təklif çoxdur. Təklifin çox olduğu müddətdə isə neftin qiymətinin artımasını stimullaşdırmayacaq. İlk növbədə tələblə təklifin razılaşdırılmasına və uyğunlaşdırılmasına ehtiyac var. Tələblə təklifi eyniləşdirməmiş qiymətləri kəskin artırmaq mümkün deyil. Bu baxımdan aparıcı neft ölkələrinin mövqeyi, ABŞ-Rusiya münasibətlərinin necə dəyişməsi də neft qiymətinə təsir edir. Etiraf etmək lazımdır ki, neftin qiymətinin aşağı düşməsi  Rusiyanın və digər ölkələrin gəlirlərinin kəskin azaldır. Ona görə də ABŞ qiymətin artmasına maraq göstərmir. Bu baxımdan siyasi faktor da qiymətə təsir edəcək. Ona görə də 2016-cı ildə qiymətin necə dəyişməsi OPEC-ın və digər iri neft istehsalçılarının qəbul etdiyi qərarladan və qlobal siyasi müstəvidə baş verəcək dəyişikliklərdən asılı olacaq".
Qafqaz Rafiqoğlu
Qaynar.info