Xəbər lenti

"Adanaspor"un baş məşqçisi "Qarabağ"ın futbolçusundan danışdı - VİDEO
İdman12:30 26.01.2017

"Adanaspor"un baş məşqçisi "Qarabağ"ın futbolçusundan danışdı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məlum olduğu kimi, "Qarabağ"ın braziliyalı futbolçusu Reynaldo Türkiyə Super Liqası klubu "Adanaspor"a keçməyə yaxındır.

Qaynarinfo.Az xəbər verir ki, artıq "Qarabağ" rəsmi "feysbuk" səhifəsi vasitəsilə də Reynaldonun "Adanaspor"la danışıqlar aparmaq üçün Türkiyəyə yollandığını açıqlayıb.

Bu arada "Adanaspor"un baş məşqçisi yerli jurnalistlərə Reynaldo transferi ilə bağlı danışıb: "Reynaldo transferi ilə bağlı hamı məlumatlıdır onsuz da. Onun keçidinin son mərhələsinə gəlmişik deyə bilərik. Burdan klub prezidentinə də təşəkkürümü bildirirəm. O bu məsələdə inanılmaz səy göstərdi... Reynaldonun transferini mən istədim. Tanıdığım oyunçu idi".

Qeyd edək ki, Türkiyə mətbuatının iddasına görə, "Adanaspor" Reynaldoya görə "Qarabağ"a 500 min avro ödəyəcək. Bundan əvvəl "Gənclərbirliyi" də Reynaldo ilə maraqlansa da, "Qarabağ"a təklif etdiyi məbləğ Ağdam klubunun rəhbərliyini qane etməmişdi.

Qaynarinfo.Az