Xəbər lenti

"Anamı ağlatdılar..." - Arda Turan
İdman07:04 22.06.2016

"Anamı ağlatdılar..." - Arda Turan

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Qələbə qazandığımız üçün xoşbəxtik”.

Azvision.az xəbər verir ki, bu sözləri Türkiyə yığmasının kapitanı Arda Turan deyib. 

Futbolçu onlara qarşı haqsızlıq edildiyini bildirib: “Özümüzü qoyuram bir kənara, anamı ağlatdılar. Heç olmasa, bunu etməyəydilər. Bəziləri bağışlamayacağam. Bunun əvəzini hər kəsdən bir-bir çıxacağam”.

Qeyd edək ki, AÇ-2016-nın qrup mərhələsində Türkiyə Çexiya üzərində qələbə (2:0) qazanıb. Bununlada Türkiyə növbəti mərhələyə çıxmaq şansını saxlayıb.

Qaynarinfo.az