
ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) keçmiş işçisi Edvard Snouden ABŞ-ın AngryBirds kimi mobil telefon proqramları vasitəsilə insanları izlədiyini bildirib.
Qaynar.info xəbər verir ki, Snouden tərəfindən "New York Times" qəzetinə ötürdüyü məlumata görə, NSA və İngiltərə Rəqəmsal Kəşfiyyat Qurumu şəxsi məlumatları əldə etmək üçün həmçinin, Google Maps, Facebook, Tvitter və Flickr kimi proqramlar vasitəsilə casusluq edir.
Hər iki kəşfiyyat təşkilatının da sözügedən xidmətlərin mobil versiyaları üzərindən əldə etdiyi məlumatları detallı şəkildə əldə etdiyi, istifadəçinin hər hansı proqramı açdığı anda şəxsi məlumatları qanunsuz dinləmə aparan təşkilatlar tərəfindən toplandığı bildirilib.
Qaynar.info