Xəbər lenti

"Anortosis"in sahibi ilə danışmışam" - "Qarabağ"ın yeni transferi
İdman16:00 11.08.2016

"Anortosis"in sahibi ilə danışmışam" - "Qarabağ"ın yeni transferi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qarabağ"ın CAR millisinin hücumçusu Dino Ndlovu ilə bu gün 2+1 şərti ilə müqavilə bağlayacağını xəbər vermişdik. Bu futbolçunun maaşı ilinə 350 min avrodan da çox olacaq.

Qaynarinfo.Az xəbər verir ki, 26 yaşlı futbolçu bu gün Azərbaycanda tibbi baxışdan keçəcəyini artıq təsdiqləyib:

"Mən "Anortosis"in ("Qarabağ"dan əvvəl məxsus olduğu Kipr klubu - red.) sahibi ilə danışmışam və bu gün tibbi baxış üçün Azərbaycana uçuram".

Qeyd edək ki, Dino Ndlovu Azərbaycan Premyer Liqasında oynayacaq ilk CAR futbolçusu kimi tarixə düşəcək.

Qaynarinfo.Az