
"Qarabağ"ın yeni transferi Samuel Armenteros Rusiya Premyer Liqası və Türkiyə Superliqasından aldığı təklifləri geri çevirib.
Qaynar.info Hollandiyanın voetbalzone.nl saytına istinadən xəbər verir ki, bu haqda Armenterosun türkəsilli meneceri Sərkan Kulup deyib.
"Qarabağ" Avroliqanın qrup mərhələsində "Anderlext", "Monako", "Tottenhem" kimi komandalarla qarşılaşacaq. Bu, Armenterosun özünü göstərməsi üçün yaxşı fürsətdir. Bu təklif həm idman, həm də maliyyə baxımından ən yaxşı variant idi. Əgər o təkcə pulu düşünsəydi, bu dəqiqə ya "Sivasspor"a, ya da "Krılya Sovetov"a keçmişdi".
Qeyd edək ki, Samuel Armenteros "Anderlext"in sabiq hücumçusu olub. İndi onun Avroliqada sabiq komandasına qarşı oynayıb özünü göstərmək şansı yaranıb.
Qaynar.info