Xəbər lenti

"Arsenal"ın əfsanəsi "Qəbələ"ni Çin klubuna dəyişdi
İdman15:45 23.07.2016

"Arsenal"ın əfsanəsi "Qəbələ"ni Çin klubuna dəyişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qəbələ"nin futbol direktoru Toni Adams İngiltərənin "Arsenal" klubunun 18 yaşadək komandasında işləməkdən imtina edib.

Qaynarinfo.az xəbər verir ki, "Arsenal"ın əfsanəsi sabiq baş məşqçisi Arsen Venqerin bu istəyini geri çevirərək bu həftə Çinə gedib. O orda yerli "Çuntsin Lifan" klubu ilə anlaşıb. Adams bu klubda yaxşı müqavilə şərtləri daxilində gənclərin inkişafı bölməsinin rəhbəri olacaq.

Qeyd edək ki, son vaxtlar Freddi Yunqberq, Tyerri Anri kimi "Arsenal"ın sabiq üzvləri komandaya məşqçi kimi qayıtsalar da, Toni Adams kimi başqa klublarda işləməyə üstünlük verən sabiqlər var. 

Məsələn, Patrik Vieyra 2013-2015-ci illərdə "Mançester Siti"nin əvəzedicilərini çalışdırıb. Mikel Arteta "Mançester Siti"də Pep Qvardiolanın köməkçisi təyin edilib. Denis Berqkamp Arsen Venqerin təklifindən imtina edərək "Ayaks"da Frank de Burun köməkçisi işləyir. Mark Overmars isə "Ayaks"da futbol direktorudur.

Qaynarinfo.az