Xəbər lenti

"Arsenal"ın qapıçısı və "Təhlükəli" müğənni millimizin püşkatma mərasimində
İdman14:09 19.05.2016

"Arsenal"ın qapıçısı və "Təhlükəli" müğənni millimizin püşkatma mərasimində

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sentyabrın 10-dan oktyabrın 1-dək Kolumbiyada keçiriləcək futzal üzrə dünya çempionatının final mərhələsinin püşkatması keçiriləcək.

Qaynarinfo.az xəbər verir ki, püşkatma mərasimi bu gün yerli vaxtla saat 18:00-da başlayacaq.

Püşkatma mərasimində Kolumbiya millisinin sabiq hücumçusu Xuan Pablo Anxel və bu ölkənin yığmasının indiki qapıçısı, "Arsenal"lı David Ospina iştirak edəcək. Bundan başqa, İspaniya və Braziliya ilə dünya çempionları olmuş Falkao, Kike, Markinyo kimi futzal korifeyləri də mərasimə qatılacaq. Püşkatma mərasiminin bədii səhnəsində isə kolumbiyalı müğənni "La Peliqrosa" ("Təhlükəli") ləqəbli Martina oxuyacaq.

Azərbaycanı isə bu mərasimdə AFFA-dan futzal kuratoru Murad Məmmədov və yığmamızın inzibatçısı Ruslan Məmmədli təmsil edəcək.

Artıq FİFA Medelyin şəhərində keçiriləcək tədbir ərəfəsində 24 komandanı 4 səbətə bölüb. Bu yığmalar püşklə 6 qrupa bölünəcək. Hazırda baş məşqçi axtarışında olan Azərbaycan millisi sonuncu səbətdə yer alıb. Meydan sahibi Kolumbiyanın isə indidən püşksuz A qrupunun 1-ci komandası olacağı dəqiqdir.

I səbət

Kolumbiya, Braziliya, İspaniya, İtaliya, Argentina, Rusiya

II səbət

İran, Ukrayna, Portuqaliya, Paraqvay, Misir, Kosta-Rika

III səbət

Solomon adaları, Tailand, Mərakeş, Panama, Qvatemala, Avstraliya

IV səbət

Kuba, Mozambik, Qazaxıstan, AZƏRBAYCAN, Özbəkistan, Vyetnam.

Qeyd edək ki, qrup mərhələsində ilk iki yeri tutanlar və 4 ən yaxşı 3-cü yer sahibi 1/8 finala yüksələcək. Mundialın matçları Kali, Medelyin, Bukaramanqa şəhərlərində baş tutacaq. Çempion komandaya 250 min dollar, 9-24-cü yeri tutanlara isə 40 min dollar veriləcək.

Qaynarinfo.az