
İngiltərə millisinin və "Arsenal" klubunun sabiq futbolçusu Kenni Sensom Londonun cənub-şərqində bir supermarketin maşın parkinqində yatmış vəziyyətdə tapılıb.
Qaynarinfo.Az xəbər verir ki, onun uzanıb yatdığı yerdə 2 şərab şüşəsi də olub.


Sensomun dostunun verdiyi xəbərə görə, anasının ölümündən və atasının onu atıb getməsindən sonra o, həyatdakı problemlərini spirtli içkilər vasitəsi ilə unutdurmağa çalışır. Eşli Koula qədər İngiltərə millisinin müdafiəsinin sol cinahında ən çox oyun keçirmiş futbolçu olmuş Sensom indi heç kimə çevrilib. 57 yaşlı Sensom spirtli içkilərə və qumara xərclədiyi pullara görə evsiz qalıb, həyat yoldaşı və uşaqları onu atıb.


Dostu onu da bildirib ki, əgər Kenni Sensomu spirtli içkilərə aludəçilikdən xilas etmək mümkün olmasa, o ölə bilər.
Qaynarinfo.Az