Xəbər lenti

"Asiyaya - Xəzər dənizinin sahillərinə səfər edəcəyik" - İsveçli məşqçi
İdman16:50 05.08.2016

"Asiyaya - Xəzər dənizinin sahillərinə səfər edəcəyik" - İsveçli məşqçi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məlum olduğu kimi, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində İsveçin "Qöteborq" klubu ilə qarşılaşacaq.

Qaynarinfo.Az xəbər verir ki, bu komandanın baş məşqçisi Yörqen Lennartsson bu cütlüklə bağlı fikirlərini İsveçin məşhur expressen.se saytına bildirib:

"Biz bu cütdə autsayderik. Ancaq biz 2 yaxşı oyun keçirsək, bizim qrupa düşmək üçün yaxşı şanslarımız var. Bu ən uzun səfər oyunumuz olacaq. Bu komandada digər ölkələrdən oyunçular da çıxış edir. Onların heyətində 2 braziliyalı və 2 ispaniyalı da var. Çox beynəlmiləl komandadır. Oyunlarını görmədiyimdən, bu komanda haqda danışmaq çətindir. Onlar Çexiya çempionlarına ("Viktoriya"ya - red.) qarşı oyunlarda növbəti mərhələyə çıxmağa yaxın idilər. Ancaq səfər qolu hesabına uduzdular". 

51 yaşlı məşqçi onu da bildirib ki, püşkatmada bəxtləri gətirib. Belə ki, onlara Ukraynanın "Şaxtyor" və İtaliyanın "Sassuolo" klubları da düşə bilərmiş: "Qarabağ" haqda yaxın vaxtda daha çox məlumat toplamağa çalışacağam. Onlar Çempionlar Liqasının təsnifat mərhələsindən gəliblər. Bizə daha güclü komandalar düşə bilərdi. İndi Asiyaya - Xəzər dənizinin sahillərinə səfər edəcəyik. İdman baxımından Çempionlar Liqasında daha çox oynamış "Şaxtyor"la düşməkdənsə, bu rəqiblə oynamağımız yaxşı oldu. Bizim mərhələ keçmək üçün yaxşı şansımız var. Sərfəli heç-heçə ilə də mərhələ keçə bilərik".

Qeyd edək ki, "Qarabağ" ilk oyununu avqustun 18-də Qöteborq şəhərində keçirəcək. Cavab görüşü bundan düz 1 həftə sonra Bakıda baş tutacaq.

Qaynarinfo.Az