Rusiyalı ekspert: "Bir biznes çevrəsində Putin barədə işlətdiyi xoşagəlməz ifadələr onu arzuolunmaz şəxsə çevirdi"
Telman İsmayılov adı təkcəRusiyada deyil, vətəni Azərbaycanda da olduqca məşhurdur. Biznesmeninözü də dəfələrlə qeyd edib ki, milliyətcə yəhudi olsa da, özünüazərbaycanlı sayır. Moskvalı biznesmenlərlə təmaslar zamanı onlarbirmənalı olaraq, söyləyirlər ki, Telman İsmayılov qeyri-ordinarbiznesmen və bacarıqlı idarəçidir.
Uzun müddətbu biznesmenin adı Moskvada fəaliyyət göstərən Çerkizov bazarı ilə birgəçəkilirdi. Bu gün həmin bazar yoxdur, elə Telman İsmayılov da Rusiyabiznesində demək olar ki, görünmür. Rusiya mətbuatı yazır ki, "MardanPalace" otelinə dəbdəbəli açılış keçirən biznesmen bu gün borcun içindəitib-batır.
İyunda məlum oldu ki, AST şirkətlərqrupuna daxil olan KBF "AST" Moskvanın Arbat küçəsində yerləşən məşhur"Praqa" restoranını sata bilər. Satılıq siyahısına Krasna Presnadakı"Tropikano" biznes mərkəzi və Moskvanın şərqi İzmaylovo rayonundayerləşən binalar kompleksi də əlavə edilib. Mənbə iddia edir ki, bununlaTelman İsmayılov "Bank Moskvadan" götürdüyü 4 milyard rubl kreditiödəmək istəyir.
Bu məlumatları verən Rusiyanın"İzvestiya" qəzetinin "Bank Moskvadakı" mənbəsi iddia edir ki, əvvəlcəadı sonuncu çəkilən obyektlər satılacaq. Əgər borcun ödənməsi üçün buməbləğ yetərli olmasa, onda Telman İsmayılovun "Heç zaman satmaram"dediyi "Praqa" restoranı da satışa qoyulacaq.
Dahabir zərbəni Telman İsmayılov Kiprdən aldı. Telman İsmayılovun Rusiyadavə Türkiyədəki aktivləri Sergey Yançukovun rəhbərlik etdiyi "Manqazeya"kompaniyasının tələbi ilə donduruldu. Kompaniya iddia edir ki, Telmanİsmayılov Moskvada devolper fəaliyyəti üçün "Manqazeyadan" 100 milyondollar borc almışdı ki, onun da ödənilməsi tarixi keçən payızda bitib.Amma təkcə "Mardan Palace"ın qiyməti sözügedən məbləği dəfələrləüstələyir və mütəxəssislər əmindir ki, tərəflər problemi məhkəməyə qədərhəll edəcəklər.
Amma Telman İsmayılovunproblemləri bununla da bitmir. "Sezariya Ltd" kompaniyası biznesmenəməxsus "Tandum" şirkətinə qarşı London beynəlxalq arbitraj məhkəməsindəiddia qaldırıb. Şikayət üzrə, iş baxılana qədər İsmayılovun Kiprdəkibütün aktivləri dondurulub. Əgər "Sezariya Ltd" qələbə qazanarsa, ondaTelman İsmayılovun dünyanın istənilən nöqtəsindəki mülkiyyəti satışaçıxarıla bilər. Buna mane olmaq cəhdləri isə biznesmenin həbsi ilənəticələnə bilər. Bu yaxınlarda London Arbitraj məhkəməsi işə baxacaq.
"MardanPalace"ın açılışından sonra Rusiya Prezidenti Vladimir Putinin "qarasiyahısına" düşən, lakin sonra "reabilitasiya" olunan Azərbaycan əsillibiznesmen qara zolaqdan niyə çıxa bilmir? Bu məsələni "Bizim Yol"atanınmış rusiyalı iqtisadi şərhçi Viktor Gimbarovski izah etməyəçalışıb.
- Cənab Gimbarovski, bir müddətəvvəl məlum idi ki, Telman İsmayılov Putinin "qara siyahısına" düşüb.Çerkizov bazarının bağlanmasını da bununla izah edirlər. Azərbaycanlıbiznesmenin günahı nə idi?
- Bazariqtisadiyyatının başlanğıc dövründə oliqarxlar külli miqdarda sərvəttopladılar. Kimi özəlləşdirmədə, kimi də resursların satışındanfantastik dərəcədə varlandı. Telman İsmayılov bir çox sahələrdə biznesəgirişmişdi, amma əsas gəlir mənbəyi Çerkizov bazarı idi. Bu bazarAvrasiya məkanında ən böyük topdan satış bazarı idi. Ekspertlər hesabedirdilər ki, bazarın sahibinin gündəlik gəliri 1 milyon dollar idi.
Tələbatmalları bazarı kölgə iqtisadiyyatında gəlirliliyinə görə (kriminalsahələr - silah satışı, qadın alveri və narkotiklər istisna olmaqla)tikinti sahəsindən sonra ikinci yerdədir. Yəni minimal vergilər ödəməkləfantastik gəlirləri gizlətmək mümkündür. İndiyə qədər biznes elitasındaTelman İsmayılovun hansısa əyləncə mərkəzində Putin haqqında xoşagəlməzsözlər söyləməsindən danışırlar. Təsadüfi deyil ki, bu gün oliqarxınbütün biznesi ciddi pressinq altına düşüb.
ƏvvəlcəÇerkizov bazarında ciddi yoxlamalar başladı, sonra bazar bağlandı. Birsözlə, Putin barədə dediyi sözlər Telman İsmayılovu Rusiyada arzuolunmazşəxsə çevirdi və onun başını dərdə soxdu. Bəzi ekspertlər deyirdilərki, bu situasiyada Telman İsmayılov çətin ki, Soçi olimpiyaobyektlərinin tikintisi üçün dövlət sifarişi ala bilsin. Amma Soçiolimpiadası imic proyekti idi və orada yuxarılarla az-çox əlaqəsi olanşirkətlər iş payı aldılar.
Maraqlıdır ki,Rusiyada bir çox məmurlar və biznesmenlər Putin haqqında neqativfikirlər söyləyiblər, amma bu, onlar üçün nəticəsiz ötüşüb. Rusiyadahakimiyyət - oliqarxiya münasibətləri özünəməxsusdur. Hakimiyyət onlarasosial proyektləri həvalə edir, əvəzində bəzi güzəştlər edir. Məsələn,Roman Abramoviç Çukotkanın qubernatoru olarkən orada bir sıra layihələrüçün pul xərclədi, amma bundan heç bir gəlir götürmədi. Hakimiyyət bumünasibətləri ədalətli hesab edir, belə ki, oliqarxların vaxtı iləqazandığı pullardan Rusiya dövlətinə və əhaliyə də nəsə xərclənir. Məndəolan məlumata görə, Putinin adamları Telman İsmayılova da bu tipli birneçə proyekt təklif etsələr də, tərəflər qiymət məsələsində razılığagələ bilməyiblər.
- Belə çıxır ki, məhz bu səbəbdən Telman İsmayılov "Mardan Palace"ı Soçidə yox, Antalyada inşa etdirdi...
-"Mardan Palace"ın tikintisi vasitəsilə Telman İsmayılovun öz kapitalınıRusiyadan çıxarması faciə deyil. Bir çox oliqarxlar futbol, basketbolkomandaları almaq adı altında sərvətlərini ölkədən çıxarırlar. TelmanınSoçini yox, Antalyanı seçməsi sırf iqtisadi göstəricidən qəbuledilmişdi. O zaman olimpiadanın Soçidə keçiriləcəyi məlum idi vəbiznesmenlər bu imic-proyektində iştirak etmək üçün mübarizəaparırdılar. Yəni Soçidəki obyektlərdən gəlir götürmək uzun illərdənsonra məlum olacaq. Telman İsmayılov bunu bilirdi və daha tez gəlirgətirəcək Antalya proyektini seçdi. Türkiyə rusların da kütləvi şəkildəistirahət etdiyi bir məkandır. Bundan əlavə, Rusiyadan fərqli olaraq,Türkiyə hökuməti irimiqyaslı investisiya qoyuluşu üçün cazibədargüzəştlər təklif edir. Məhz buna görə Telman Antalyanı seçdi.
-Azərbaycan əsilli biznesmenin son problemləri ilə bağlı nə deyəbilərsiniz? O öz sevimli "Mardan Palace" otelini itirə bilərmi?
-Kiprdəki hesabların dondurulması, borc öhdəliyi ətrafında Telmanİsmayılov və Sergey Yanmukovun şirkətləri arasında arbitrajmübahisəsinin nəticəsidir. Maraqlı məsələ başqadır. Təkcə "MardanPalace"ın qiyməti borcun qiymətindən dəfələrlə çoxdur, amma məhkəməTelman İsmayılovun Moskvadakı mülkiyyətinə də həbs qoyub. Görünürvergidən yayınmaq üçün Telman İsmayılov Kiprdəki offşor kompaniyalardanistifadə edib. Təbii ki, baş verənlərdə Telman İsmayılovun Rusiyahakimiyyətinin gözündən düşməsini inkar eləmək olmaz.
- İndi Rusiya cəmiyyətinin ona münasibəti necədir?
-Nəzərə alsaq ki, sıravi rusiyalı yaşayış minimumuna görə dünyada 52-ciyerdədir, onun Telman kimi bütün oliqarxlara münasibəti mənfidir. Buneqativdə Telmanın milli mənsubiyyəti də rol oynayır. Təəssüf ki, bu günRusiyada milli zəmində baş verən konfliktlərin kökündə əhalinin böyükəksəriyyətinin sosial-iqtisadi vəziyyətinin aşağı olması durur. Hamınınbildiyi yolla qazanılan sərvətin həddindən ziyadə gözə soxulması isəəhalidə qıcıq və əlavə söz-söhbətlər yaradır.
İsmayılovunneqativ imicinin formalaşmasında onun xeyriyyəçilik fəaliyyətininmətbuatda işıqlandırılması məsələsinə önəm verməməsi də rol oynayıb.Çoxları bilmir ki, məhz Telman İsmayılov "Xristos-Spasitel" kilsəsinintikintisinə böyük məbləğlər ianə edib və Rusiyanın ən böyükmesenatlarından biridir.
Qaynar.info