
Rauf Mirqədirovun bacısı Sevinc xanım atasının vəfatına dünən evlərində aparılan axtarışın səbəb olduğunu düşünür.
O, bu barədə Musavat.com-a açıqlamasında deyib.
"Dünənki axtarışdan sonra stress keçirdi. Atam bu dünyadan nigaran getdi. Dünən onlar gəlməsəydilər atama heç nə olmazdı. Atam heç kimə heç nə eləməmişdi. Bu haqsızlığı Allah götürməz", - mərhum Həbibulla Mirqədirovun qızı bildirib.
Qeyd edək ki, həbsdə olan jurnalist Rauf Mirqədirovun atası Həbibulla Mirqədirov ötən gecə dünyasını dəyişib.
Dünən səhər onun yaşadığı evdə axtarış aparılmışdı.
Qaynar.info