
Bu barədə Qol.Az-a açıqlamasında "Bakı" klubunun icraçı-direktoru Yaşar Seyidov məlumat verib.
Y.Seyidov məsələ ilə bunları deyib: "Atletiko" klubu baş verən anlaşılmazlığa görə məyus olduqlarını və üzr istədiklərini bildirdilər. Belə halların bir daha təkrarlanmaması üçün artıq futbolçunun cəzalandırıldığı vurğulandı. Madrid təmsilçisi Leo Baptistanın oyun üçün nəzərdə tutulan forma əvəzinə səhvən məşq formasını geyindiyini bildirdilər".
Qeyd edək ki, "Atletiko" - "Zenit" matçında komandasının üçüncü qoluna imza atan Leo Baptista meydana üzərində klubun sponsoru olan "Land of fire Azerbaijan" forması ilə çıxmamışdı. Braziliyalı futbolçu öz açıqlamasında tələsdiyi üçün həmin formanı geyinə bilmədiyini söyləmişdi.
Qaynar.info