Xəbər lenti

"Azadlıq üçün pedalla"yan Yaşar Xudiyevdən xəbər var - FOTOLAR + YENİLƏNİB
Ölkə09:18 25.11.2016

"Azadlıq üçün pedalla"yan Yaşar Xudiyevdən xəbər var - FOTOLAR + YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

13.30.

Yaşar Xudiyevin qardaşı Anar Xudiyev Meydan TV-yə deyib ki, qardaşıyla əlaqə saxlamaq mümkün olub: "Yaşarın interneti bitdiyindən əlaqə saxlaya bilmirdi, ona görə narahatlıq yarandı və biz KİV-ə, sosial şəbəkələrə müraciət etdik. Artıq qardaşım evə çatır, hər bir kəsə dəstək üçün minnətdarıq"

*****

Gənc azərbaycanlı jurnalist, bloqqer və velosiped həvəskarı Yaşar Xudiyev haqqında məlumat yoxdur.

Qaynarinfo.Az xəbər verir ki, bu barədə “facebook” sosial şəbəkəsində Yaşar Xudiyevin dostları məlumat paylaşıb. 

"Azadlıq üçün pedalla" devizi altında Cənubi Afrikaya qədər velosipedlə səyahətə çıxan azərbaycanlı bloqqer Yaşar Xudiyev 3-4 gün əvvəl Tiflisdən Azərbaycana istiqamət götürüb. Məlumata görə, bir neçə gün əvvəl Yaşar Xudiyev Azərbaycanda olmalı idi. Yaxınlarının bildirdiyinə görə, gənc bloqqer yaşadığı Mingəçevir şəhərinə gəlirmiş. Ancaq son 3 gündür ki, Yaşar Xudiyevdən xəbər yoxdur. Sosial şəbəkədə isə onun həbs edilməsi ehtimalı irəli sürülüb.

Qeyd edək ki,Yaşar Xudiyev velosipedlə səfərə 2015-ci ilin mayında çıxıb. Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya, Avstriya, İsveçrə, Almaniya, Fransa və İspaniyadan sonra Afrikaya keçib. Yaşar Xudiyev ixtisasca jurnalistdir. ABŞ-da magistratura oxuyub.

Aydın Mirzə

Qaynarinfo.Az